Xəzər Xəbər

Banklar xüsusi rejimə keçib VİDEO

Veb TV | 19:47 • 16 Mart 2020
Banklar xüsusi rejimə keçib

Koronaviruslaəlaqədar ölkə üzrə demək olar ki,bütün sahələrdə qabaqlayıcı tədbirlər icra olunur. Bu xüsusda insanların ən çox müraciət etdiyi yerlərdən biri olan banklar da xüsusi rejimə keçib. Xidmətlərin təşkilində bir sıradəyişiklik edilib. Bəzi əməliyyatlar onlayn qaydada icra olunur.

Banka daxil olan hər bir müştərininn əlləri spirtlə dezinfeksiya edilir. Maskasız olanlara maska taxmaqtövsiyyə olunur.

Korona virusa qarşı həyata keçirilən izolyasiya tədbirləri ilə əlaqədar olaraq banklarüçün bəzi tələblər müəyyən edilib. Bu tələblər həm müştərilər həm də işçilərə şamil edilir. Nazirlər Kabinetinin yanında operativ qərargahın tövsiyyələri barədə məlumat artıq bütün banklara bildirilib.

Həmçinin qapılar, qapı dəstəkləri, pos terminallar və elektron avadanlıqlar xüsusi maddələrlə dezinfeksiya edilir.

Müştərilərlə yanaşı işçilər üçün də bir sıra tələblər müəyyən edilib.Həmçinin bankların onlayn qaydada fəaliyyət istiqamətlərinin genişləndirilməsi də tövsiyyə edilib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, ölkə ərazisində xüsusi rejim tətbiq edilir.

Xəbər lenti