Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə edilən müraciətdə səyahətlərdən çəkinmək tövsiyə olunur. Xarici ölkələrdəki vətəndaşlarımıza olduqları yerdəki karantin qaydalarına riayət etmələri, həmin ölkələrdəki səfirlik və konsulluqlarımızın yaydığı məlumatları izləmələri məsləhət görülür.
"Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini, yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini tövsiyə edirik"…
Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına etdiyi xəbərdarlıqda belə deyilir. Nazirliyin Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, hökumət COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görür. Xarici ölkələrdəki vətəndaşlarımıza olduqları yerdəki karantin qaydalarına riayət etmələri, həmin ölkələrdəki Səfirlik və Konsulluqlarımızın yaydığı məlumatları izləmələri tövsiyə edilir.
Xarici İşlər Nazirliyi vətəndaşlarımıza səyahətdən çəkinməyi məsləhət görür. Onların olduqları yerdə fərdi karantin qaydalarına əməl etmələri daha məqsədəuyğundur. Ölkəyə qayıtması zəruri olanların müraciətləri isə diplomatik nümayəndəliklərimiz tərəfindən qeydə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha yönləndiriləcək. Xüsusi reyslər təşkil edilərkən də bəzi şəxslərə üstünlük veriləcək.
İnfeksiyanın yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlar müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.