Covid 19-la bağlı toy qadağasında görə insanların bir qismi toylarınıdünənsəhər saatlarına salıblar. Bir çox şadlıq saraylarında eyni zalda hətta iki toy olub.
Bir gündə eyni zalda iki toy olub. Şadlıq saraylarında toyların ləğv edilməsi bəzi ev sahiblərini toy gününü dəyişdirməyə məcbur edib.
Restoran inzibatçılarının sözlərinə görə, ev sahiblərinin istəyinə görə məcbur olaraq eyni gündə saat fərqi ilə 2 toy ediblər.
Koronavirus təhlükəsi ilə əlaqədar şadlıq evlərində bu gündən toyların keçirilməsi qadağan olunduğundan artıq şadlıq evləri öz fəaliyyətləri ilə bağlı plan da cızıblar.
İnzibatçıların sözlərinə görə, toyları ləğv edilən cütlüklərin bir çoxu öz xeyir işlərini Ramazan ayına yazdırıblar. Əvvəllər ramazan ayında birdənə də də olsun toy olmadığı halda indi 10-dan çox sifariş var.
Qeyd edək ki, nazirlər kabineti yanında operativ qərargahın qərarına əsasən ayın 15-dən etibarən bütün şadlıq evlərində toyların keçirilməsi müvəqqəti olaraq dayandırılıb.