Roma Papası Fransisk Vatikandan çıxaraq koronavirus səbəbindən boş olan Roma küçələrində gəzib, xristianlar üçün müqəddəs yerləri ziyarət edib və pandemiyanın bitməsi üçün dualar edib.
"HaberGlobal”ın məlumatına görə, bu barədə Vatikanın rəsmi saytında məlumat verilib.
Bildirilir ki, o, xristianlar üçün müqəddəs sayılan Santa Mariya-Major bazilikasını ziyarət edib. Sonra piyada San Marçelo al-Korso bazilikasına qədər gedib.
Roma Papası küçədə gedərkən yollar, demək olar ki, boş olub.
Qeyd edək ki, koronavirus səbəbindən İtaliyanın bir sıra şəhərlərində karantin elan olunub.
oxu.az