Xəzər Xəbər

Ata azyaşlı qızını xəstəxanadan qaçırdı Koronavirusa görə - VİDEO

Veb TV | 15:17 • 16 Mart 2020
Ata azyaşlı qızını xəstəxanadan qaçırdı

Almaniyadan 12 gün öncə Türkiyəyə gedən ailənin 5 yaşındakı qızı Ş.F.-da gecə saatlarında qızdırma və şiddətli boğaz ağrısı olub. Azyaşlının atası Ü.F. tərəfindən Gölyaka xəstəxanasına aparılan qız daha sonra Düzcə Universiteti Tədqiqat və Təcrübə Xəstəxanasına transfer edilib.

Burada aparılan analizlərdən sonra Ş.F.-nin koronavirus şübhəsi ilə müşahidə altında saxlanmasına və bunun üçün Atatürk Dövlət Xəstəxanasına yerləşdirilməsinə qərar verilib. Bunu öyrənən ata azyaşlı qızını xəstəxanadan qaçırıb.

Xəstəxana işçiləri polisə xəbər verib. Polis olaya müdaxilə edərək xəstəni dövlət xəstəxanasına aparıb. Düzcə valiliyi uşaqda götürülən qan analizi nəticəsində koronavirus tapılmadığını bildirib.

Azyaşlının atası polisə ifadə verdikdən sonra sərbəst braxılıb./Publika.az

Xəbər lenti

Çox oxunanlar