Xəzər Xəbər

Azərbaycanda məhsul ehtiyatı boldur, narahatlığa əsas yoxdur - VİDEO

Veb TV | 20:18 • 15 Mart 2020
Azərbaycanda məhsul ehtiyatı boldur, narahatlığa əsas yoxdur -

Son günlər sosial şəbəkələrdə koronovirus təhlükəsi səbəbindən müxtəlif marketlərdə insan sıxlığının yaşanması və alış-veriş mərkəzlərində məhsulların az olması ilə bağlı məlumatlar paylaşılır.


Məsələni araşdırmaq üçün metronun "20 yanvar" stansiyasının yaxınlığında yerləşən ''Bravo'' hipermarketdə olduq. Məlum oldu ki, burada müxtəlif adda- istər qida, istərsə də qeyri-qida məhsullarının bolluğu müşahidə olunur, müştərilər isə həmişəki qaydada rahat alış-veriş edirlər.


Xezerxeber.az-ın məlumatına görə, hipermarketin mağaza müdiri Nurlan Allahverdiyev bildirib ki, alış-veriş mərkəzində bütün növ məhsulların satışı ilə bağlı heç bir problem yoxdur. Yəni hipermarketdə müştərilərin sərbəst alış-veriş etmələri üçün yetərincə məhsul var.


Nurlan Allahverdiyev deyib ki, rəflər boşalan kimi dərhal yeni məhsul tədarük edilir. Odur ki, müştərilərin narahatlığına əsas yoxdur.


Çəkiliş zamanı ''Bravo'' hipermarketlər şəbəkəsinin tədarük mərkəzinə də baş çəkdik. Məlum oldu ki, mərkəzdə müxtəlif növ və adda kifayət qədər məhsul var.


Beləliklə, real vəziyyət onu deməyə əsas verir ki, ölkədə fəaliyyət göstərən ən iri supermarketlərdə belə, onları təmin edəcək miqdarda məhsul var.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti

Çox oxunanlar