Xəzər Xəbər

İctimai iaşə müəssisələrində işləyənlər koronavirusdan qorunma yolları barədə məlumatlandırılmalıdır - VİDEO

Veb TV | 18:48 • 15 Mart 2020
İctimai iaşə müəssisələrində işləyənlər koronavirusdan qorunma yolları barədə məlumatlandırılmalıdır -

İctimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir. Müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayətetmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə - soyunub-geyinmə otaqlarına, sanitar qovşağa, mətbəxə və digər yerlərə yerləşdirilməsi ilə artırıla bilər. İşçi heyət, həmçinin tibbi maskalardan istifadə qaydaları (taxılması, istifadəsi, çıxarılması, atılması) ilə bağlı təlimatlandırılmalıdır. Eyni zamanda, işçilər şəxsi gigiyena mədəniyyəti və praktikada tətbiqi barədə məlumatlandırılmalı, onların bu tələblərə uyğun davranmaları tələb edilməlidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Qeyd olunub ki, yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçılması işçi heyətinə xatırladılmalı, həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimatlandırma həyata keçirilməlidir.

Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməlidir.


Xəbər lenti