Xəzər Xəbər

Bəzi qurumlar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq - VİDEO

Veb TV | 19:23 • 15 Mart 2020
Bəzi qurumlar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq -

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.


Xezerxeber.az-ın məlumatına görə, qərargahın məlumatına əsasən, adi rejimdə çalışacaq qurumların iş prinsipləri bəllidir.

Həmin qurumların əməkdaşlarıd artıq bununla bağlı öz heyətlərinə lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

Bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq qurumlardan biri Fövqaladə Hallar Nazirliyidir. Nazirliyin bütün heyəti bu günlərdə gücləndirilmiş rejimdə çalışacaq.


"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu müddət ərzində Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN Xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək


Qeyd edək ki, Prezident Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi ,İqtisadiyyat , Maliyyə nazirlikləri , Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səhiyyə işçiləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, şəhər və rayon icra hakimiyyəti orqanları, Mərkəzi Bank, "Azərişıq" ,"Azərsu", "Azərenerji" , "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkəti bayram günlərində gücləndirilmiş rejimdə çalışacaqlar.


Qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda bu siyahıya salına bilər.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Xəbər lenti