Xəzər Xəbər

Bakıda dəmiryolu körpüsü sökülür - VİDEO

Veb TV | 18:57 • 15 Mart 2020
Bakıda dəmiryolu körpüsü sökülür -

Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələrinin arasında yerləşən dəmiryolu körpüsünün söküntüsünə başlanıb. Bunun üçün yolda hərəkət məhdudlaşdırılıb, sürücülər alternativ yollara yönləndirilib.


Xezerxeber.az-ın məlumatına görə, əraziyə cəlb edilən texnikalar vasitəsilə uzun illərdir istismar edilən dəmiryol körpüsü sökülür.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, yolun qısa zamanda açılması üçün əraziyə çoxlu sayda texnika cəlb edilib və işlər gün boyu aparılır. Artıq ərazidə dəmiryolu körpüsünün bir hissəsi sökülüb, ikinci hissə və digər konstruksiyaların söküntüsü davam etdirilir.



Körpünün sökülməsi ilə əlaqədar 9 marşrut üzrə avtobusların hərəkət sxemi də qısa məsafə üçün dəyişidirilib. Qeyd edək ki, sözügədən dəmiryolu xətti uzun müddətdir istifadə edilmirdi.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti