İndi isə sizə koronavirusun geniş yayıldığı ölkələrdən biri olan İtaliyadan olduqca pozitiv görüntülər təqdim edəcəyik. Virusa qarşıİtaliya dövlətiningördüyü ciddi tədbirlərə, vətəndaşlardandəstək gəlib.İtalyanlar koronavirusa fleşmobla meydan oxuyublar.Dünyadatrendə çevrilən fleşmobda azərbaycanlı tələbələrə də fəal iştirak edib.
Kimi mahnı oxuyur, kimi isə rəqs edir.
İtaliyada eyni saatda bütün evlərin balkonlarında bu mənzərə yaşanıb. Balkonlara çıxan vətəndaşlar virusa qarşı bir birinə belə dəstək olub.
Koronavirusa qarşı həmrəy olan insanlar həyata keçirdikləri flaşmobla virusa yoluxan, karantində qalan insanlara belə bir dəstək üsulu seçiblər. Dünyada bir anda trendə çevrilən bu flaşmobda azərbaycanlı tələbələr də aktiv iştirak ediblər.
Romada təhsil alan Günay Fərzəlibəyli bildirir ki, İtaliyada olan səfirliyimiz vətənə qayıtmaq istəyən tələbələrə müraciət edib.Onun özü isə hazırda İtaliyada qalmağı düşünür.
Qeyd edək ki, virusun yayıldığı ölklərdə olan vətəndşalarımız dövlət dəstəyi ilə Azərbaycana gətirilib.Bununla yanaşı virusun yayıldığı şəhərlərdə azərbaycanı təmsil edən diplomatlar və onların ailə üzvləri olduqları yerdə qalaraq karantin şəraitinə əməl edirlər. Məhz buna görə də onlar arasındavirusa yoluxma halı müşahidə edilməyib. Hazırda azərbaycanlı tələbələrin çox olduğu İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyana ən qabaqcıl sistemlərdənhesab olunur.