Dünən elan olduğu kimi koronavirusla əlaqədar bu gün və sabah istisna olmaqla toyların keçirilməsi ləğv edilib. Artıq toy sahibləri məclislərinin tarixini dəyişməyə başlayıblar.
Bütün kütləvi tədbirlərin, toyların qadağan olunması toy sahiblərini hərəkətə keçirib. Belə ki, artıq bu gündən etibarən hər kəs şadlıq evlərinə axın etməyə başlayıb.
Toy sahibləri restoranlara gələrək toy tarixlərini dəyişiblər. Təhlükənin yay ayalarına sovuşacağını ehtimal edərək daha çox Ramazan ayından sonrakı vaxtlara toylar təyin edilib.
İnzibatçılar bildirir ki, dünəndən başlayaraq toy sahibləri tərəfindən zənglər artıb. İnsanlar gələrək toy vaxtlarını ləğv edirlər.
Administratorlar hazırkı vəziyyətdə toyların təxirə salınmasının məntiqi addım olduğunu bildiriblər. Çünki toy insanların kütləvi olduğunu bir yerdir. Burda hər hansı bir neqativ hal yüzlərlə insanın həyatı üçün təhlükə deməkdir.
Qeyd edək ki, Nazirlər kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14-15 mart marixləri istisna olmaqla ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.