Gecə saat 12-dən etibarən Gürcüstan-Azərbaycan sərhədi 10 günlük bağlanıb. Gürcüstanda qalan Azərbaycan vətəndaşları, eləcə də Azərbaycanda qalan Gürcüstan vətəndaşları üçün isə xüsusi dəhliz təmin edilib. Beynəlxalq yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır.
Gürcüstan-Azərbaycan sərhədi müvəqqəti bağlanıb...
Hər iki ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə verilən bu qərar hökumət başçılarının qarşılıqlı razılığına əsasən qəbul edilib. "Qırmızı Körpü" buraxılış məntəqəsi 10 gün müddətinə bağlanıb.
Müvafiq qərardan xəbərsiz olan bəzi vətəndaşlar buraxılış məntəqəsindən geri qayıtmalı olublar.
Beynəlxalq yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələri isə fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır.
Mövcud vəziyyət martın 25- dək davam edəcək.