Koronavirus infeksiyasının dünya ölkələrində geniş yayıldığı şəraitdə Azərbaycan virusun ölkə daxilində geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görür. Belə tədbirlərdən biri də ölkədə fəaliyyət göstərən restoran və kafelərdə iş rejiminin qısaldılmasıdır. Artıq restoran və kafe sahibləri bu xəbərdarlıqdan məlumatlıdırlar və bunun üçün də qabaqlayıcı tədbirlər görürlər.
Bu gündən etibarən ölkədə fəaliyyət göstərən restoran və kafelərdə iş rejimi dəyişdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara müvafiq olaraq, bu obyektlər artıq saat 21:00-dək işləyirlər.
Bəzi kafe sahibləri isə giriş hissəyə saat 21:00-dək işlədikləri ilə bağlı elan vurulacağını bildirdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı tədbirlər planında bildirilib ki, müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Eyni zamanda tədbirlər planında restoran və kafelərdə kütləvi şənlik və məclislərin təşkili də qadağan edilib.