Ötən gün qəbul edilən qərardan sonra bölgələrdə də toylar təxirə salınıb. Həm şadlıq evlərinin rəhbərliyi, həm də toy sahiblər sözügedən qərarı anlayışla qarşıladlarını bildiriblər. Bölgələrdə yerləşən kafe və restoranlar da bu gün saat 21:00-dan sonra fəaliyyətini dayandırıb.
Rayonlarda da toylar təxirə salındı.
Bütün bölgələrdə olduğu kimi Mingəçevirdəki şadlıq evlərinin sahibləri də toy və digər şənlik mərasimlərinin ləğvi barədə qərar veriblər. Artıq toy sahibləri ilə danışıqlar aparılıb və mərasimlərin vaxtı dəyişdirilib.
Toy sahibləri də mərasimlərin ləğvi və təxirə salınması ilə bağlı olan qərarı anlayışla qarşıladlarını bildiriblər.
İsmayıllıda da toy mərasimləri ləğv edilib. Şadlıq saraylarından verilən məlumata görə, toy sahiblərinin özləri də vaxtın dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.
Ləğv edilən toy mərasimləri arasında həm şadlıq evlərində, həm də çadırlarda keçirilməsi nəzərdə tutulanlar var.
Rayondakı kafe və restoranlar da qərara uyğun olaraq saat 21:00-dan sonra fəaliyyətlərini dayandıracaqlarını açıqlayıblar.
Digər bölgələrdəki şadlıq sarayları və toy sahibləri də mərasimləri ləğv ediblər.