Xəzər Xəbər

Marketlərdə vəziyyət necədir? VİDEO

Veb TV | 21:45 • 14 Mart 2020
Marketlərdə vəziyyət necədir?

Əməkdaşlarımız bu gün paytaxtdakı marketlərdə olublar. Görüntülər çəkmişik. Həmin görüntülərdən də məlum olur ki, marketlər öz fəaliyyətini əvvəlki qaydada davam etdirir. Üstəlik mağazaların depolarında kifayət qədər məhsul var.

Məhsullarla dolu vitrinlər.Müxtəlif meyvə tərəvəz və ərzaq məhsullar.

Paytaxt marketləri bu gündə adi günlərdən birini yaşayıb.

İnsanlar marketlərə gələrək alış-veriş etdirlər. Arabaları dolu olan şəxslər bayram endirimlərindən faydalandıqlarını bildiriblər.

İri supermarketlərdən birinin nümayəndəsi Billurə Əmirovanın sözlərinə görə, bazarlıq nə qədər çox olsada amma depolarda məhsul bir o qədərdə çoxdur.

Market nümayəndələri bildiriblər ki, son günlər marketlərdə insan sıxlığı olsa da amma məhsulların azlığı ilə bağlı hec bir problem yoxdur

Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında operativ qərargah kütləvi tədbirlərin dayandırılacağını bəyan etdikdən sonra sosial şəbəkələrdə insanların marketlərə gedərək bol alış veriş etdiklərini bildiriblər.

Xəbər lenti

Çox oxunanlar