Xəzər Xəbər

Panikaya düşmədən qoyulan qaydalara maksimum riayət etmək lazımdır VİDEO

Veb TV | 21:28 • 14 Mart 2020
Panikaya düşmədən qoyulan qaydalara maksimum riayət etmək lazımdır

Panikaya düşmədən qoyulan qaydalara maksimum riayət etmək lazımdır. Covid 19 virusu ilə bağlı hökumətin aldığı qərarları dəstəkləyən ilahiyyatçılar vətəndaşlara kütləvi yerlərdən çəkinməyi tövsiyə edirlər

Koronavirusun yeni növünün yayılmasının qarşısını almaq üçün görülən tədbirlər cəmiyyətin bütün kəsimləri tərəfindən anlayışla qarşılanır. İlahiyyatçılar da vətəndaşları hökumətin aldığı qərarlara riayət etməyə çağırırlar. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, bu günlərdə kütləvi tədbir və mərasimlərdən mümkün qədər uzaq durmaq lazımdır.

Hazırda koronavirus ilə əlaqədar yaranan fövqəladə şəraitdə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi də vacibdir. Ağa Hacıbəyli deyir ki, panikaya düşüb özümüzü qorxutmağa ehtiyac yoxdur, proflaktik tədbirlər görmək həm də dini borcumuzdur.

İlahiyyatçı Ağa Hacıbəyli o fikirlə də razıdır ki, tətbiq olunan qaydalar milli təhlükəsizlik və həmrəylik məsələsidir. Ona görə də tutduğu mövqe və baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün bu addımların məhz vətəndaşların öz sağlamlıqları üçün atıldığı da unudulmamalıdır...

Xəbər lenti