Xəzər Xəbər

Xəstə ziyarətləri də qadağan edildi - BU GECƏDƏN ETİBARƏN... VİDEO

Veb TV | 21:15 • 14 Mart 2020
Xəstə ziyarətləri də qadağan edildi - BU GECƏDƏN ETİBARƏN...

Dünəndən etibarən tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları ilə görüşünə qadağa qoyulub. Bu rejim 1 ay davam edəcək. Xəstəxanalardan bildirilib ki, bu müddət ərzində pasiyentlərin bütün ehtiyacları qarşılanacaq.

Tibb müəssisələrində yatan xəstələrin, yaxınları ilə görüşünə qadağa qoyulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir ay müddətində istər dövlət, istərsə də özəl tibb müəssisələrində müalicə alan xəstələri, yaxınları ziyarət edə bilməyəcək. Həkim-terapevt Aqil Axundov deyir ki, həyata keçirilən tədbirlər pasiyent və onların yaxınlarının sağlamlığının təmin olunması məqsədi daşıyır.

Pasiyentlər də qərarı anlayışla qarşıladıqlarını deyirlər.

Operativ Qərargahın təlimatı əsasında özəl tibb müəssisələri də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə koordinasiya şəraitində çalışır. Yarana biləcək hər hansı halların qarşısının alınması təmin edilir.

Qeyd edək ki, tətbiq olunan xüsusi rejim bir ay müddətində davam edəcək.

Xəbər lenti

Çox oxunanlar