Xəzər Xəbər

Karantində olan insanlarda gərginliyi azaltmaq üçün ruhlandırıcı üsul - VİDEO

Veb TV | 16:55 • 14 Mart 2020
Karantində olan insanlarda gərginliyi

Koronavirus epidemiyası ilə əlaqədar olaraq Çindən sonra ən ağır vəziyyətin qeydə alındığı İtaliyada sakinlər gərginliyi azaltmaq üçün unikal yol seçiblər. Belə ki, karantində qalan insanlar eyvanlara çıxaraq mahnılar oxuyur, ruhlandırıcı şüarlar səsləndirirlər.

Golos.ua saytının verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Kadrlar Neapol şəhəri yaxınlığında yerləşən Kazoriya şəhərindəndir.

"Təslim olmayacağıq… Bizim kimi insanlar heç vaxt təslim olmur! İrəli,İtaliya! İrəli, Neapol... Eyvanlara çıxın… Üzləşdiyimiz virus bizə qalib gəlməyəcək”, - deyə şəhər sakinləri oxuyurlar.
Hazırda "Koronavirusa müqavimət üçün xorlar” ölkə boyu təşkil olunur.

Qeyd edək ki, İtaliyada COVID-19 qurbanlarının sayı 1000 nəfəri keçib. Ölkənin Səhiyyə Nazirliyinin martın 12-nə olan məlumatına görə, virusdan 1016 pasiyent həyatını itirib. Ümumi yoluxanların sayı isə 12800 nəfərdir.

İnsanlara ancaq ən zəruri halda otaqdan çıxmağa icazəverilir.

oxu.az

Xəbər lenti

Çox oxunanlar