"Azərbaycana tövsiyə edirik ki, xəstəlik hallarının erkən aşkarlanmasına önəm versin, xəstəlik hallarının müalicəsini gücləndirsin”.
Xezerxeber.az-ın xəbərinə görə, bunu ÜST-ün Azərbaycana gələn missiyasının rəhbəri Karolina Braun bildirib.
K. Braun deyib ki, səfər çərçivəsində Azərbaycanın səhiyyə orqanları ilə birgə əsas diqqət yetirilməli olan məsələləri birlikdə müzakirə ediblər.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə ölkəmizdəki xəstəxanalarda yaradılan şəraiti yüksək qiymətləndirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: