Xəzər Xəbər

Bakıda iki avtomobil tuneli istifadəyə verilib - VİDEO

Veb TV | 19:58 • 13 Mart 2020
Bakıda iki avtomobil tuneli istifadəyə verilib -

Martın 13-də Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində, eləcə də Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində avtomobil tunelləri istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, Bakıxanov və Sabunçu qəsəbələri arasındakı tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metr, qapalı hissənin uzunluğu 68 metr təşkil edir.

Keşlə dəmir yolu stansiyasının yaxınlığındakı tunelin isə uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metr təşkil edir. 


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti

Çox oxunanlar