Azərbaycanda da bitkilərin genini dəyişmək mümkündür.
Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Milli Nüvə Tədqiqatları Mərkəzinin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışında verilib.
Abşeronun Qobu qəsəbəsində yerləşən bu kompleks laboratoriyalar və şüalandırma bölməsindən ibarətdir. Buradakı sterilizasiya məqsədli şüalanma nəticəsində polimer-rezin məmulatlarının kimyəvi və mexaniki davamlılığı artır. Eləcə də qida və bir sıra kənd təsərrüfatı məhsulları xarab olmadan uzun müddət saxlanıla bilir. Bildirilib ki, əvvəlcə buradakı laboratoriyalarda məhsulun şüalanma dozası təyin edilir, ardınca isə müasir avadanlıqlar vasitəsilə onların şüalandırılması reallaşır.
Mədəni və tarixi abidələr, maddi-mədəni irsin qorunması sahəsində də radiasion texnologiya çox geniş tətbiq olunur.
Kompleksdə bitkilərin genini dəyişmək də mümkündür. Artıq bununla bağlı işlərə də başlanıb.
Burada məhsulun şüalanma müddəti növündən və dozasından asılı olaraq 10 dəqiqədən 24 saata qədər dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: