Bu gün ölkəmizdə daha dörd nəfərdə koronavirus aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Vasif Əliyev bildirib ki, koronovirusdan şübhəli bilinən bütün insanlar karantində saxlanılır və onlar üçün lazımi tədbirlər görülür. Hətta bundan sağalıb evə buraxılan şəxslər də daim diqqətdə saxlanılır.
O, bir necə gündür sosial şəbəkələrdə koronovirusla bağlı bütün ölkənin havandan dezinfeksiya edilməsi məsələsinə də aydınlıq gətirib.
Operativ qərargah bir daha bildirir ki, insanlar yalnız rəsmi yayılan məlumatlara inanmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: