Son günlər votsap vasitəsilə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayınının çox olduğu barədə səs yazıları paylaşılır.
Xezerxeber.az-ın məlumatına görə, səs yazılarında həmçinin deyilir ki, təyyarə vasitəsilə gecə saatlarında havadan ölkə ərazisində dezinfeksiya işləri görüləcək.
Bütün bu səs yazıları insanlar arasında ajiotat yaratdığından Baş Prokururluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda vətəndaşların nəzərinə çatdırılır ki, belə dezinformasiyalara inanmasınlar.
Koronavirusla bağlı şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirləri görüləcək.
Hüquqşünas Kamandar Hüseynov da bildirir ki, əgər yayılan hər hansı bir informasiya cəmiyyətdə çaşqınlığa səbəb olursa və əsassızdırsa, həmin əməli törədən şəxsi məsuliyyət gözləyir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: