Azərbaycanda universitetlərin dərs ili uzadılıb.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinə məktub göndərilib.
Təhsil Nazirliyinin Elm sektorunun müdiri Əfqan Abdullayev deyib ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.
Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq, müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin tədris qrafiki dəyişdirilmir. Yəni, dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, koronavirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: