Dövlət İmtahan Mərkəzi tərəfindən 15 və 29 mart 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.
Xezerxeber.az-ın məlumatına görə, martın 15 də orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi əvvəlcədən elan olunan tarixdə baş tutmayacaq. Həmçininn martın 29-da keçirlməsi planlanan 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün nəzərdə tutulan qəbul imtahanı da təxirə salıınıb. 11-ci sinif buraxılış imtahanlarının isə əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur.
Təhsil müəssisələrində tətilin elan olunması ilə əlaqədar dərs planının bir ay geri düşməsi imtahan suallarında da öz əksini tapacaq.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, abituriyentlər yalnız onlara tədris edilən mövzular üzrə suallara cavab verəcək. Tədris edilməyən mövzular imtahanda sual olaraq salınmayacaq.
Xanlar Xanlarzadə onu da bildirib ki, buraxılış imtahanları zamanı bütün iştirakçılara məsafədən yoxlama ilə, termometrlərlə nəzarət ediləcək. Səhhətində narahatlığı olan abituriyentlər üçün yoxlamadan sonra ayrıca imtahanın təşkili nəzərdə tutulub. Həmçinin imtahanın təşkili zamanı işlər qabaqlayıcı tədbirlər məqsədi ilə digər aidiyyatı qurumlarla birgə icra olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: