Rusiyanın Voronej şəhərində baş verən dəhşətli hadisənin görüntülərisosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, avtomobili park etmək üstündə sürücülərdən biri digərinə travmatik silahdan atəş açıb.
REN TV-nin məlumatına görə, ayağından yaralanan 57 yaşlı sürücü hüquq-mühafizə orqanlarına müraciət edib. Zərərçəkənin sözlərinə görə, ona atəş açan şəxsi tanımır.
Polis yoxlamalara başlayıb.