Alp dağlarında xizəkçi19 yaşlı qızı qaçılmaz ölümdən xilas edib.
"Ski.ru” xəbər verir ki, dağda xizək sürərkən qız qarın içinə yıxılaraq oradan çıxa bilməyib.
Qızın çöldə təkcə ayaqları qaldığı üçün bir müddətdən sonra o boğulmağa başlayıb.
Bu zaman qızı başqa xizəkçi görüb.
O, dərhal hadisə yerinə yaxınlaşaraq bel ilə qarı qazmağa başlayıb.
Daha sonra bura yaxınlaşan digər xizəkçi qızı çəkib qarın içindən çıxardıb.
Xoşbəxtlikdən qıza heç nə olmayıb.