Bakı və Abşeron yarımadasında havada toz-duman müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib ki, Bakı və Abşeron yarımadasının atmosfer havasında monitorinqlər aparılıb. Nəticədə havada tozun miqdarının normadan dəfələrlə artıq olduğu ortaya çıxıb.
Həkimlər isə bildiriblər ki, havada tozun normadan artıq olması dəridə allergik reaksiyalar və qaşınmalar yarada bilər. Eləcə də insanlar tənəffüs çatışmazlığı və mərkəzi sinir sisteminin oyadıcı təsirləri ilə üzləşə bilərlər. Ona görə də bu cür mühitdə çox gəzməmək tövsiyə olunur.
Ayın 11-dən sonra küləyin istiqaməti dəyişəcək və hava normallaşacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: