Xəzər Xəbər

Avtoyuma məntəqələrində kəskin qiymət fərqi nə ilə bağlıdır? - VİDEO

Veb TV | 20:06 • 9 Mart 2020
Avtoyuma məntəqələrində kəskin qiymət fərqi nə ilə bağlıdır? -

Bakıda, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi avtoyuma məntəqələrinin çox olması ilə diqqət çəkir. Məntəqələrin sayının çox olması bu sahədə qiymətlərə də təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın digər yerləri ilə müqayisədə burada avtomobillərin yuyulması daha ucuzdur. Sedan tipli avtomobillər 3, nisbətən iri, yəni "Jeep"lər isə 5 manata yuyulur. Halbuki paytaxtın əksər yerlərində qiymətlər 5 manatdan başlayır, bəzən 10-15 manata qədər qalxır.

Qiymətlərin belə ucuz olması sürücülərin işinə yarayır. Hətta uzaq yerlərdən bura avtomobilini yudurtmağa gələnlər də var. Yeni Yasamaldakı avtoyuma məntəqələrinin sahibləri bildirirlər ki, bu küçədə əvvəllər avtomobillərin yuyulması 5 manat və daha baha olub. Amma sonradan avtoyuma məntəqələrinin sayının kəskin artması qiymətlərin enməsinə səbəb olub.

Bakının Xətai rayonuda isə avtomobillərin yuyulması 7 manatdan başlayır. Qiymətin baha olmasının səbəbini soruşduqda isə, yuyucular bunu avtomobilləri daha yaxşı təmizləmələri ilə izah etdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti