Xəzər Xəbər

Bakı -Sumqayıt yolunda hərəkət yenidən təşkil ediləcək - VİDEO

Veb TV | 18:53 • 9 Mart 2020
Bakı -Sumqayıt yolunda hərəkət yenidən təşkil ediləcək -

Bakı -Sumqayıt yolunda tıxacın qarşısını almaq üçün təkcə yol genişləndirilməyəcək, həm də hərəkət yenidən təşkil ediləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ərazidəki sıxlığı azaltmaq üçün bu yola qoşulmalar məhdudlaşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, aparılanan tikinti işləri çərçivəsində yolda sıxlıq yaradan Xıradalan dairəsinin altındakı tunelin hər iki istiqamətindən 2 zolaq genişləndirilir.

Bir neçə ərazidə yeni yol yatağı hazırlanır və zolaqların sayı artırılır. İşlər çərçivəsində yolun kənarları beton istinad divarları ilə möhkəmləndirilir.

Ərazidə aparılan işlərin bu ilin may ayı ərzində yekunlaşdırılması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti