Xəzər Xəbər

İnternet klubdan oğurluq edən şəxslər yaxalanıb - VİDEO

Veb TV | 21:16 • 9 Mart 2020
İnternet klubdan oğurluq edən şəxslər yaxalanıb -

Şəmkir rayonunda internet klubdan oğurluq edən şəxslər saxlanılıb.


Xezerxeber.az-ın məlumatına görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.


Şəmkir RPŞ əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti