Xəzər Xəbər

Oğuzda tütün əkininə başlanıb - VİDEO

Veb TV | 20:52 • 9 Mart 2020
Oğuzda tütün əkininə başlanıb -

Tütünçülüyü kənd təsərrüfatında daha gəlirli sahələrdən hesab edən Oğuz fermerləri bu il ştilxanalarda işə erkən başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, rayon üçün əkilməsi nəzərdə tutulan 350 hektara qədər sahənin tütün ştilləri ilə təmin olunması uçün 6000 kvadrat metr sahədə ştilxanalar artıq hazırdır.

Tütünçülərin daha çöx üstünlük verdikləri amerikan sortlarıdır. Toxumun əkilməsi üçün ştilxanalar yaxşı yumşaldılır, üzvü və kimyəvi kübrələr verilməklə suvarılır.

Tütünçülüyün Oğuz rayonunda inkişafını təmin edən vacib sahələrdən biri tütün qurutma məntəqələrinin olmasıdır. Hazırda Oğuzda 10 qurutma kamerası var. Bu il daha 20 kamera qurulacaq. Bu da 600-700 ton yaş tütünün mövsüm ərzində qrudulmasına imkan yaradacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti