Xəzər Xəbər

Dünyanın ən soyuq qəsəbəsi 60 dərəcə şaxtada yaşayırlar - VİDEO

Veb TV | 15:35 • 9 Mart 2020
Dünyanın ən soyuq qəsəbəsi

Dünyanın ən soyuq yaşayış məntəqəsi - Yakutiyada yerləşən Oymyakon qəsəbəsidir.

Burada qışda temperatur mənfi 50-60 dərəcəyə qədər enir.

Günün 21 saatı isə qaranlıq olur. 1933-cü ildə burada mənfi 90 dərəcə şaxta qeydə alınıb.

Sibirin geniş çöllərində yerləşən bu kiçik qəsəbədə 500 nəfər yaşayır. Oymyakona getmək olduqca çətindir.

Üstəlik, qışın çətin şərtləri buna əlavə olunduqda vəziyyət olduqca mürəkkəbləşir. Yakutya dilində Oymyakonun mənası "dondurmayan su" deməkdir. Ancaq bölgə ilə bağlı faktlar heç də belə deyil.

Təbiətin çətin şəraitində yaşamağa vərdiş edən yakutlar bu hava şəraitində yaşamağa davam edirlər.

Hava istiliyinin tez-tez mənfi 50 dərəcəyə çatdığı Oymyakonda çaydan tutulan balıqlar ən əsas qida mənbəyidir.

Bundan başqa, demək olar ki, hər şey bölgənin cənub hissəsindən gəlir.

BAKU.WS



Xəbər lenti

Çox oxunanlar