Şimali Koreya yeni ballistik raket sınağı keçirib.
Sondok şəhərindən atılan raketlər Yapon dənizinə düşüb.
Məlumata görə, raketlər qısamənzilli olub.
Bu hadisədən sonra Yaponiya Baş naziri Şinzo Abe təhlükəsizliyin artırılması üçün göstəriş verib.
Qeyd edək ki, Şimali Koreya uzun müddətdən sonra ilk dəfə keçən həftə iki raketi sınaqdan keçirmişdi.