Oreqon ştatında fövqəladə vəziyyət elan edildi.
Oreqon ştatının qubernatoru Keyt Braun martın 8-də yeni növ koronovirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini bildirib. Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb.
Fövqəladə vəziyyətin müddəti 60 gün davam edəcək.
Ümumilikdə, ABŞ-da koronavirusa 400-dən çox yoluxma halları qeydə alınıb./trend