Xəzər Xəbər

Bu evdə 8 mart bayram kimi qeyd edilmir VİDEO

Veb TV | 20:07 • 8 Mart 2020
Bu evdə 8 mart bayram kimi qeyd edilmir

Hamı çərşənbə tonqalı qalamağa hazılaşdığı bir vaxtda o erməni gülləsinə tuş gəldi. Söhbət 9 il əvvəl Ermənistan silahlı qüvvələrinin öz həyətində snayper gülləsi ilə qətlə yetirdiyi Fariz Bədəlovdan gedir. Elə o gündən sonra Bədəlovlar ailəsi 8 martıbayram kimi qeyd etmir.

Bu gün bir çox ailələrdə bayram olsa da, Bədəlovlar ailəsi Farizin ölüm ildönümü qeyd edir.

Ağdamın Orta Qərvənd kənd sakini Fariz Bədəlov ailənin tək övladı olub və o, uşaq ikən atası dünyasını dəyişib. Bu səbəbdən də azyaşlı babası ilə birgə yaşayıb. Fariz 2011-ci il martın 8-də öz həyətlərində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəlib.

Fariz Novruz çərşənbəsinə hazırlıq görərkən qətlə yetirilib.

Fariz Bədəlov yaşasaydı, martın 19-da 18 yaşı tamam olacaqdı.O da digər uşaqlarkimi gül alaraq ana və nənəsinin 8 martını təbrik edəcəkdi.Lakin olmadı..Düşmən gülləsi onun bütün arzularının üstündən qara bir xətt çəkdi

Bu və buna bənzər bir çox hadisələr Ermənistan ordusunun uşaq qatili olduğunu bir daha sübut edir.

Xəbər lenti