Şagirdlərin və tələbələrin tətil günlərinə 1 həftədən əlavə 19 günün də əlavə olması ilə valideynləri düşündürən bir məsələ var. Necə etmək lazımdır ki, bir aya yaxın bir müddətdə övladları dərsdən geri qalmasın. Ekspertlərin validyenlərə bir sıra tövsiyyələri var.
Bir aya yaxın dərslərdən uzaq qalan şagirdlərin vaxtlarını səmərəli keçirməsi üçün ekspertlərin bir sıra tövsiyyələri var.
Tətil günlərinin daha da uzadılaması ilə istirahət günlərinin sayı təxminən 1 aya çatdı. Belə olan halda isə bir çox valideyn övladlarının təhsildən geriləməsindən narahatdır.
Mütəxəsislər isə bildirir ki, əslində evdə qalan şagird vaxtını daha səmərəli keçirməklə dərslərini də davam etdirə bilər. Bunun üçün onlara bir neçə imkan təqdim edilib.
Təhsil İnstitunun əməkdaşı Tofiq Sadıxovun sözlərinə görə, şagirdləri dərs proseisndən tam uzalqaşdırmamaq üçün mütləq qayadda onların dərs təliminigündəlik rejim halına salmaq lazımdır.
Təhsil müəssisələrində dərslər mart ayının 27 -nə kimi dayandırılıb.