Xəzər Xəbər

102 yaşlı Səriyyə Kərimova da qadınlar gününü qeyd edir VİDEO

Veb TV | 19:46 • 8 Mart 2020
102 yaşlı Səriyyə Kərimova da qadınlar gününü qeyd edir

Tovuzda yaşayan 102 yaşlı Səriyyə Kərimova da qadınlar gününü qeyd edir. O, yaşının bu çağında bütün işləri özü görür. 46 nəvəsi, 70-dən çox nəticəsi və 20 kötücəsi olan səriyyə nənə bəzən onların sayını unutduğunu da deyir.

Toyuq-cücəni bəsləyir, yer şumlayır, hətta odun da doğrayır...102 yaşının olmasına baxmayaraq bütün işləri özü görür.

Bu gün həmdə Tovuzun Əyyublu kənd sakini, 1918-ci ildə dünyaya gələn Səriyyə Kərimovanın bayramıdır.

Səriyyə nənə yanında 4 gəlininin olmasına baxmayaraq, bütün işlərini özü görür. O deyir ki, hərəkətsiz qala bilmir. Bu yaşında da gəlinlərinə və övladlarına heç bir işini etibar etmir.

11 övladı, 46 nəvəsi, 70-dən çox nəticəsi və 20 kötücəsi olan Səriyyə Kərimova bəzən onların sayını unutduğunu da deyir.

Gəlinləri deyir ki, onların bütün övladlarını qayınanaları saxlayıb. Hazırda kötücələri böyüdüb boya-başa çatdırmaqda da yardım edir.

Hər il olduğu kimi bu ildə nəvə və nəticələr biryerə yığışaraq Səriyyə nənənin 8 martını təbrik etməyə gələcəklər.

Xəbər lenti

Çox oxunanlar