Sabirabadlı fermer pambıq əkən aqreqata bir sıra əlavələr edib. Aqreqatın səpin borusu ikiyə çatdırılıb. Toxum örtən təkərlərin də ölçüsü dəyişdirilərək sayı artırılıb. Fermer bu üsulla məhsuldarlığı 45-50 sentnerə çatdıracağını deyir.
Bu aqreqatla qoşa cərgəli pambıq əkini həyata keçiriləcək.
Sabirabadlı fermer Əfras Əsgərov pambıq əkən aqreqata bir sıra əlavələr edib. Aqreqatın səpin borusu ikiyə çatdırılıb. Toxum örtən təkərlərin də ölçüsü dəyişdirilərək sayı artırılıb. Nəticədə də əvvəlki əkindən fərqli olaraq hektar payına düşən pambıq kolunun sayı iki dəfə artacaq.
Əfras Əsgərov ötən il Çin texnologiyası ilə əkilən sahədə olduqdan sonra bu qərara gəlib. Onun sözlərinə görə, məqsədi məhsuldarlığı yüksəltməkdir.
Fermer aqreqatı bu cür vəziyyətə gətirmək üçün 500 manata yaxın xərc çəkib. O, dəzgahı daha da təkmilləşdirmək və ona sahəni sellofanlarla örtən qurğu əlavə etmək niyyətindədir.