Yol polisi8 mart beynəlxalq qadınlar günü münasibətilə maraqlı bir reyd keçirib. Bu dəfə qayda pozan qadın sürücülər cərimə edilməyib, əksinə onlarahədiyyə verilib. Elə qayda pozan piyada qadınlar da hədiyyəsiz qalmayıb.
Təhlükəsizlik kəməri taxmayan sürücü yol polisi tərəfindən saxlanır. Amma bu dəfə yol-hərəkəti qaydalarını pozan sürücülər cərimə olunmur.
Bu gün qadın sürücülər yol polisi tərəfindən cərimə əvəzinə hədiyyələr aldılar. 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Sumqayıtda yol polisləri Sülh prospektində maraqlı bir reyd keçiriblər.
Bu qadın isə manevr etmə qaydasını pozduğu üçün yol polis əməkdaşları tərəfindən saxlandı. Qadına əvvəlcə pozduğu inzibati qayda izah edildi. Daha sonra isə ona hədiyyələr təqdim olundu.
Qeyd edək ki, təkcə sükan arxasında olan xanımlar yox, elə piyada qadınlar da hədiyyəsiz qalmadı. Piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən bir neçə qadın polis tərəfindən saxlanıb və onlara da inzibati qayda pozuntuları izah edilib.
Qeyd edək ki, qadınlara gül-çiçəklər və restoranlardan birinə iki nəfərlik şam yeməyi üçün bilet təqdim edilib.