Argentina Super Liqasında çempion müəyyənləşib.
Son tur Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya"nı evdə 1:0 hesabı ilə məğlub edən "Boka Xuniors" qalib olub. Buenos-Ayres təmsilçisinə çempionluq gətirən qolu 72-ci dəqiqədə Karlos Teves vurub.
Qələbə sayəsində "Boka Xuniors" xallarını 48-ə çatdırıb. "River Pleyt" "Atletiko Tukuman"la 1:1 hesablı heç-heçə edib və 47 xalla 2-ci olub. "Mavi qızıllar" 34-cü dəfə Argentina çempionu olub.
Argentinada ən çox çempion olan komanda "River Pleyt"dir (36 dəfə).