Xəzər Xəbər

Prezident azarkeşlərlə əlbəyaxa oldu - Maşınının önünü kəsdilər və... - VİDEO

Veb TV | 11:46 • 8 Mart 2020
Prezident azarkeşlərlə əlbəyaxa oldu -

Türkiyədə "Yeni Malatyaspor" futbol komandasının son turlar uğursuz nəticələr göstərməsi azarkeşlərlə klub rəhbərliyi arasında gərginliyə səbəb olub.

Bu gün "Yeni Malatyaspor"un doğma meydanında "Konyaspor"la 1:1 hesablı bərabərlik əldə etməsindən sonra azarkeşlərlə klub prezidenti arasında dava düşüb.

"Rəhbərlik istefa" şüarını səsləndirən azarkeşlər "Yeni Malatyaspor"un prezidenti Adil Gevrekin stadiondan çıxarkən avtomobilinin önünü kəsiblər. Maşından düşən Gevrek azarkeşlərlə mübahisəyə başlayıb. Mühahisə bir müddət sonra əlbəyaxa dava ilə nəticələnib. Polisin müdaxiləsindən sonra tərəflər arasında qarşıdurmaya son qoyulub.

Xəbər lenti