ABŞ-ın San-Fransisko şəhəri sahillərində dayanan sərnişin gəmisinin koronavirus səbəbiylə sahilə yaxınlaşmasına hələki icazə verilmir.
Gəmidəki sərnişinlərdən biri-71 yaşlı şəxsin gəmini tərk etməsindən sonra koronavirus səbəbiylə həyatını itirməsi, nəqliyyat vasitəsinin karantin altına alınmasına səbəb olub. Bu səbəblə gəminin marşrutu ləğv edilib. Gəminin göyərtəsində 2383 sərnişinin və 1100 heyət üzvünün olduğu bildirilir.
Təhlükə səbəbiylə gəmiyə yaxınlaşmağa icazə verilmir. Yalnız xüsusi icazə əsasında müayinələrin aparılması üçün bir neçə həkimin gəmiyə daxil olmasına icazə verilib. Hətta test üçün müayinə cihazları helikopterlər vasitəsiylə gəmiyə atılır./publika.az