İtaliyanın Modena şəhərində maraqlı hadisə baş verib.
Kranlarını açan yerli sakinlər gözlərinə inanmayıblar. Onlar krandan su əvəzinə şərab axdığını müşahidə ediblər. Məlum olub ki, şərab fabrikindəki texniki nasazlıq şərabın su çəninə axmasına səbəb olub. Nəticədə belə mənzərə üzə çıxıb.
Məlumata görə, şərab həvəskarları bu vəziyyətdən istifadə edərək, xeyli miqdarda içki əldə ediblər. Texniki nasazlıq bir neçə saatdan sonra aradan qaldırılıb.
publika.az