Bakıda dəhşətli qətl törədilib. Kişi qardaşı ilə birgə həyat yoldaşını qətlə yetirib.
Xezerxeber.az-ın məlumatına görə,hadisə dünən paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində daş karxanası kimi tanınan yerdə baş verib.
Zərnişan Hacıyeva adlı qadın qətlə yetirildikdən sonra onun meyiti daş karxanasının ərazisinə atılıb. Dərhşətli hadisə ilə bağlı dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qətlin münaqişə zəminində Zərnişan Hacıyevanın əri və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib. Mərhumun həyat yoldaşı polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
Qonşuların sözlərinə görə, ailə həmin ünvanda kirayədə qalırmış. Onların 3 azyaşlı övladlarının olduğu bildirilir. Hazırda qətldə iştirak edən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Saatlıda da qətl törədilib. Qonşular arasında düşən mübahisə ölümlə nəticələnib. Qanlı hadisə rayonun Qara Nuru kəndində baş verib. Kənd sakini, 1965-ci il təvəllüdlü Paşa Qardaşovu qonşusu, 1989-cu il təvəllüdlü Fariz Əliyev bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib. Hadisə şahidlərinin dediklərinə görə, tərəflər arasında mübahisə bir neçə gündür ki, davam edirmiş.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: