Xəzər Xəbər

Martın 27-dək dərs olmayacaq - Keçirilməyən dərslər kompensasiya ediləcək - VİDEO

Veb TV | 19:18 • 7 Mart 2020
Martın 27-dək dərs olmayacaq -

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.


Nazirlər Kabinetinin yanında operativ qərargahdan xezerxeber.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.


Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib ki, keçirilməyən dərslərin kompensasiya edilməsi məsələsi ilə bağlı da işlər görülür.

Bu müddət ərzində uşaqlara və valideynlərə dərslərdən kənar qalmamaq üçün tövsiyələr də verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlər çərçivəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 4250 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti