Xəzər Xəbər

Neft sürətlə ucuzlaşır - Səbəb nədir? - VİDEO

Veb TV | 20:56 • 7 Mart 2020
Neft sürətlə ucuzlaşır -

Dünya bazarında neft kəskin dəyər itirməyə davam edir.

Xezerxeber.az-ın məlumatına görə, bu gün "Brent" markalı neftin bir barrelinin qiyməti 4,72 dollar geriləyərək 45,27 dollara, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti isə 6,72 dollar geriləyərək 47,16 dollar təşkil edib. Əsas səbəb koronovirusla bağlı tələbatın azalmasıdır. Amma qısa zamanda kəskin qiymət azalmasına təsir edən digər faktor hasilatçıların ortaq məxrəcə gələ bilməməsidir.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, ucuzlaşmaya səbəb koronavirus səbəbi ilə ümumi iqtisadi artımın zəifləməsi ilə neftə tələbin azalmasıdır.

Bu virusun dünya iqtisadiyyatına 2,7 trilyon dollardan çox ziyan vurduğu bildirilirib. İqtisadçı-ekspert hesab edir ki, OPEC və OPEC+ ölkələri çərçivəsində növbəti görüşdə hasilatın azaldılması ilə bağlı razılıq əldə olunarsa, qiymətin yenidən 50 dollar civarında dəyişəcəyi gözlənilir.

Sözügedən məsələ ilə bağlı Dövlət Neft Şirkətinin sözçüsü İbrahim Əhmədov ''Xəzər Xəbər'' ə açıqlamasında bildirib ki, Azərbaycan üçün neftin bu qiymətə çıxarılması hələ də rentabellidir, üstəlik, ölkəmizin kifayət qədər valyuta ehtiyatları var ki, bu da itirilən məbləği kompensasiya etməyə kifayət edir. SOCAR son illər Azərbaycandan kənarda yatırımları əsasən xam neftin emalı və neft- kimya sənayesinə edib. Məsələn, Türkiyədəki zavodlar üçün neft xaricdən alınır, neftin qiyməti ucuz olduqda isə SOCAR-ın mənfəti də artıq olur. Yəni şirkət itkiləri bu şəkildə kompnesasiya edir. Üstəlik, qiymətin uzun müddət bu şəkildə qalacağı da proqnozlaşdırılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti