Dünən Qafqaz Müsəlmənları İdarəsi tövsiyyə xarakterli müraciət yayıb. Qurum tərəfindən müvəqqəti olaraq məscidlərdə moizə və birgə ibadətlərin təxirə salınması tövsiyyə edilirdi. Tövsiyə bu gündən öz nəticəsini göstərməyə başlayıb. Cümə günü olmasına baxmayaraq məscidlərə gedənlərin sayında azalmalar var.
Qafqaz müsəlmanları koronavirus təhlükəsi ilə bağlı vətəndaşların sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizə və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərinə və dindarlara tövsiyə edib. Bu gün cümə günü olmasına baxmayaraq məscidlərə əvvəlki günlərlə müqayisədə nisbətən az insan gəlib.
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad Nurullayev deyir ki, risq nəzərə alınaraq belə bir tövsiyyə edilib. Yəni insanların məscidlərə, ziyarətgahlara getməsi qadağan edilməyib.
Sədr müavini qeyd etdi ki, ibadət ocaqlarında dezinfeksiya tədbirləri də mütəmadi olaraq aparılır.
Tövsiyyədə həmçinin məscidə gələn şəxslərin bir-birləri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinmələri qeyd edilir.