28 may küçəsindəki, yəni Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələrinin arasında yerləşən dəmir yolu körpüsü söküləcək. Söküntü işləri 8 və 9 mart tarixlərində həyata keçiriləcək. İşlərlə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və 9 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
28 May küçəsindəki dəmir yolu körpüsü söküləcək.
Paytaxtin Nəsimi rayonunda, Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələrinin arasında yerləşən bu körpüdən istifadə olunmur. Ona görədə onun sökülməsi barədə qərar qəbul edilib. Körpünün söküntü işlərini 8 və 9 mart tarixlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirəcək.
Martın 7-dən 8-nə keçən gecədən ayın 9-u axşam saatlarına qədər ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Körpünün sökülməsi ilə əlaqədar 9 marşrut üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.