Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgərimizin dəfn mərasimi kəçirilib.1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadə Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.O,ölümündən sonra "hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, bu qanlı insidentinməqsədyönlü təxribat xarakteri daşıdığını bildirib.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb.O,Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgərimizlə bu gün vida mərasimi keçirilib.
1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib. Şəhidimiz '' Şəhidlər ölməz, vətən bölünməz '' sədaları altında son mənzilə yola salınıb.
Vida mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub.
Bu arada, Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı açıqlamadaqanlı insidentin məqsədyönlü xarkter daşıdığını bildirb. Məlumatda diqqətə çatdırılır ki, Bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir.
Bu gün Ermənistan mətbuatında isəAzərbaycan-Ermənistan dövlət sərhədinin qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə ermənistan silahlı qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.Dövlət sərhəd xidmətindən verilən məlumata görə,diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil və reallığı əks etdirmir..